GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 440 vəkil İran Ədliyyəsinin başçısı Mohsen Ejeiyə göndərdikləri məktubda azərbaycanlı vəkil Rza Fəqihi barəsində çıxarılan qərara etiraz ediblər.
Onlar bu ədalətsiz və qərəzli qərarın yanlış oldularını bildiriblər.
“Hökumətlər vəkillərə lazımsız müdaxilələr, hədə-qorxular etməməli, onların peşə fəaliyyətlərin normal yerinə yetirmək üçün imkan yaratmalıdırlar” – deyə məktubda bildirilib.
Qeyd edək ki, Rza Fəqihiyə 5 il həbslə yanaşı, 2 il ölkədən çıxma qadağası və 2 il siyasi partiyalara üzv olma qadağası cəzası verilib.
Azərbaycanlı vəkil Rza Fəqihi əslən Ərdəbil əyalətinin Hir şəhərindəndir və indiyə qədər bir çox Güney Azərbaycanı milli fəalın vəkili kimi fəaliyyət göstərib.