Cümə , Avqust 21 2026
azfa

Təbrizdə molla rejimi tərəfindən uzun müddətli həbsə məhkum edilən fəallara azadlıq tələbilə şuarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəallarından bir qrupu molla rejimi tərəfindən uzun müddətli həbsə məhkum edilib və hazırda həbsdə olan fəallara azadlıq tələbilə şuarlar yazıblar.

Azərbaycanlı fəallar həmçinin müstəmləkə və zülmdən qurtarmaq üçün müstəqilliyin zəruriliyinə təkid ediblər.

Azərbaycanlı fəallar Təbrizin müxtəlif yerlərində divarlara aşağıdakı şüarları yazıblar:

“Azadlıq, Ədalət, Milli Hökumət!

Dövlətsiz millət, çəkər zillət!

Siyasi məhbuslar azad edilməlidir!”

“Murtəza Pərvinə azadlıq” və s.

Qeyd edək ki, molla rejimin məhkəməsi tərəfindən Güney Azərbaycan Milli Hərəkatının fəallarına 100 ilə yaxın həbs cəzası verilməsi fəalların qəzəbini və uzaqgörən Güney Azərbaycan xalqının narazılığını daha da artırıb.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …