Çərşənbə axşamı , Noyabr 26 2024
azfa

Azərbaycanlı ailə aylarla mübarizədən sonra övladların Sevgi adına doğum şəhadətnaməsi ala bildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ailə aylarla mübarizədən sonra övladların Sevgi adına doğum şəhadətnaməsi ala bilib.

Vahid Purmustafayi və həyat yoldaşı qızlarına seçdikləri Sevgi adına görə doğum haqqında şəhadətnamə ala bilmirdilər.

Onlar dəfələrlə İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə getsələr də, idarənin əməkdaşları azyaşlı körpəyə türk adı seçilməsinə icazə verilmədiyini bildiriblər və onlardan körpə üçün başqa ad seçmələrini tələb ediblər.

Məlumata görə, azərbaycanlı ailə vəkil Əsgər Məhəmmədi ilə birlikdə 5 ay mübarizə apardıqdan sonra Sevgi türk adı ilə şəhadətnamə ala bilib.

Qeyd edək ki, İranda uşaqlar üçün türk adı seçmək qanunsuz sayılır və qadağandır. Ötən illərdə İranda dəfələrlə belə hallar baş verib, habelə valideynlər həbs edilib və ya basqılarla üzləşiblər, ancaq sonra hökumət rəsmiləri geri çəkilməyə məcbur olublar.

Həmçinin yoxlayın

Hindistan Ermənistana “Pinaka” silah sistemləri tədarükünə başlayıb

GADTB: Hindistanın müdafiə mənbələri “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlayıb. Hindistan …

Türk Dünyası Xartiyası

GADTB: Ortaq tarix, ortaq ədəbiyyat, ortaq mədəniyyət. Türk Dünyası Türk Dövlətləri Təşkilatı ilə gücünü artırır. …