Bazar , Sentyabr 20 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanın Təbriz, Həmədan, Zəncan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Dekabrın 2-də keçirilən aksiya barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Məlumata görə, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …