Şənbə , Sentyabr 19 2026
azfa

Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB Sidneydə Türk Festivalına qatılması xəbər Azərbaycan saytlarında da əks etdirilmişdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Diaspora komitəsinin saytı və Xalcəbhəsi saytı və s. saytlar Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB Sidneydə Türk Festivalına qatılması xəbərini əks etdiriblər.

Saytların birinin əks etdirdiyi xəbəri təqdim edirik:

Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB Sidneydə möhtəşəm Türk Festivalında – VİDEO

Sidneydə Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) də qatıldığı Türk Festivalı keçirilib.

Festivala Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) Prezidenti, GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayıl bəy Oyta və Birliyin qadın departamentinin sədri Sara xanım Azərsun böyük bir pavilyonla qatılıblar.

Şəhərin mərkəzində təşkil edilən festivala Türkiyədən, Tatarıstandan, Azərbaycandan, Quzey Qıbrıs Türk Cümhuriyyətindən, Macarıstandan, həmçinin uyğurlar, aborigenlər qatılıblar.

Türkiyənin Sidneydəki baş konsulu da Avstraliya-Azərbaycan Assosiasiyası və GADTB-nin pavilyonuna baş çəkib.

Festivalda Melborndan dəvət edilmiş Azərbaycan musiqi qrupu da musiqi ifa edib.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …