Çərşənbə , May 6 2026
azfa

Azərbaycan Müdafiə naziri Ermənistanla şərti sərhəddə əməliyyat şəraiti ilə bağlı Türkiyəni məlumatlandırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı məlumatlandırıb.

O, Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.

Həmçinin yoxlayın

Müharibə və blokada şəraitində Xəzər dənizi İran üçün əsas marşruta çevrilir

GADTB: Müharibə və Hörmüz boğazının faktiki blokadası fonunda İran həyati əhəmiyyətli ticarəti Xəzər dənizinə yönləndirmək …

Evin həbsxanasında azərbaycanlı sənətçinin “Azadlıq” əsəri: qadın mübarizlərə ithaf edildi

GADTB: Azərbaycanlı vizual sənətçi və siyasi məhbus Mürtəza Pərvin Evin həbsxanasının 7-ci bölməsində simvolik addım …