Bazar , Sentyabr 20 2026
azfa

Sayın Mikayil bəy Oyta Sidneydə müttəfiq dövlətlərinin Osmanlıya məğlub olmasının ildönümü münasibətilə keçirilən tədbirdə – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Sidneydə müttəfiq dövlətinin Osmanıya məğlub olmasının 109-cu  ildönümü münasibətilə keçirilən tədbirinə qatılıb.

Tədbirdə həmin müharibədə həlak olanların xatirəsi anılıb. Anım tədbirinə keçmiş general Denis More, Avstraliyada Çarlz şahın nümayəndəsi hörmətli Samanta xanım Mostyn, Türkiyənin baş konsulu, Türkiyənin Böyük elçiliyinin təmsilçiləri də həmin tədbirə qatılıblar. Tədbirdə çox sayda general və veteranlar da iştirak ediblər.

Qeyd edk ki, 20 dekabr 1915-ci ildə Çanaqqalada Türk ordusunu keçə bilməyərək məğlub olan ingilis-Anzak qüvvələri Anafartalar və Arıburnu bölgəsini boşaldıb. Müttəfiq qüvvələrin 9 yanvar 1916-cı ildə Səddülbahir bölgəsindən çəkilməsilə Çanaqqalada Türkiyə ordusunun zəfəri təsdiqləndi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …