Azərbaycanlı media fəalı Azərbaycan türkcəsində kanalın açılması üçün kampaniya başladılmasına çağırır

GADTB: Türkiyənin Radio və Televiziya Qurumu – TRT-nin fars redaksiyasının 🇮🇷 İranda fəaliyyətinə icazə verilməməsindən sonra güneyli sosial media fəalı Musa Aşofte “X” hesabında paylaşım edərək etirazını dilə gətirib:

“Farslar Türkiyə hökumətinə və TRT-yə bu qədər hücum edərkən biz niyə kampaniya başladıb Türkiyədən İranda yaşayan türklər üçün Azərbaycan türkcəsində kanal açmağı istəməyək? Belə bir kanal İranda basqı altında olan dilimiz, mədəniyyətimiz, incəsənətimiz üçün nəfəs yolu ola bilər”./ Azad İran

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …