Suriyanın yeni hökumətindən İrana xəbərdarlıq: “Ölkəmizdə xaos yaratmaqdan çəkinin”

GADTB: Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən əş-Şeybani “X” hesabında paylaşım edərək İrana ölkəsində xaos yaratmaqdan və yaymaqdan çəkinməsi ilə bağlı xəbərdarlıq edib.

 “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz Tehrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə də məsuliyyət daşısın” – deyə, XİN rəhbəri qeyd edib.

Bildirilib ki, bu, Bəşar Əsəd rejiminin süqutundan sonra Suriyanın yeni hökumətinin İrana və Tehranın Suriyadakı proseslərə yanaşmasına ən açıq-aydın və konkret xəbərdarlıqdır. /Azad İran

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …