Suriya Milli Koalisiyası: “İran iğtişaşlar və müharibə cinayətlərinə görə məsuliyyət daşıyır”

GADTB: Dünən Suriya Milli Koalisiyası bəyanat yayaraq bildirib ki, İran işğtişaşlar yaratmaqda, dinlərarası qarşıdurmaları qızışdırmaqda və Suriyada hərbi cinayətlərdə məsuliyyət daşıyır.

Koalisiya Suriyanın yeni hökumətini dəstəkləyib və İranın addımlarının Əsəd rejiminə bağlı qüvvələrin son etirazlarının əsas səbəbi olduğunu açıqlayıb.

“Beynəlxalq ictimaiyyət İranın Suriyaya müdaxiləsini dayandırmaq üçün hərəkətə keçməlidir. Suriya xalqı təhlükəsizliyi qorumaq, Əsəd rejimi və İran casusları tərəfindən sui-istifadələrin qarşısını almaq üçün əməkdaşlıq etməlidir. İnsanlığa qarşı cinayət törədənlərin mühakimə olunması Suriyanın əsas prioritetidir. Ölkənin yenidən qurulması üçün xalqın birliyi çox vacibdir”, – deyə, bəyanatda vurğulanıb. / Azad İran

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …