Hakan Fidan YPG-nin Fransa ordusunu Suriyanın şimal sərhədinə yerləşdirməklə bağlı çağırışına münasibət bildirib

GADTB: Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə Fransanın Suriyaya hərbçi göndərməsi üçün YPG-nin çağırışı ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, Türkiyənin tərəfdaşı ABŞ-dır: “Bəzi kiçik Avropa ölkələri Amerikanın çətiri altında olmaqdan heç nə qazanmır. Gəlin onların regionda ABŞ olmadan fəaliyyət göstərdiyini görək. Bizim tərəfdaşımız ABŞ-dır, başqaları ilə məşğul olmuruq. Fransa hərəkətə keçmək istəyirsə, öz terrorçu vətəndaşlarını mühakimə etməli və həbs etməlidir”.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …