Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Güney Azərbaycanda daha bir körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanda daha bir körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir.

“Dan.Magazin” xəbər verir ki, Səlmasda molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri Tohid Meknətinin yeni dünyaya gələn övladına Türkay adı verməsinə qarşı çıxıblar və dörd ay doğum haqqında şəhadətnaməsiz saxladıqdan sonra ona başqa adla doğum şəhadətnaməsi veriblər.

Bu barədə Tohid Meknətinin ailəsinə yaxın mənbə “Balamın adı” kampaniyasına deyib: “Körpə 2022-cü il sentyabrın 1-də dünyaya gəlib və valideynləri onun üçün Türkay adını seçiblər. Ancaq qeydiyyat idarəsinin əməkdaşları bu adın “qadağan olunmuş adlar” arasında olduğunu və ona doğum haqqında şəhadətnamə verməyəcəklərini bildiriblər.

Dörd ay ərzində ailə açıq bazar qiymətinə süd tozu almağa məcbur olublar və onlar tibbi sığortadan məhrum olduqları üçün uşağın müalicə xərclərini özləri ödəməli olublar. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığına görə yaranan problemlər səbəbindən valideynləri sonda ona Alpay adı ilə doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalıblar”.

Qeyd edək ki, 2021-cü ildə Cavad İmaminin ailəsi 8 aylıq hüquqi mübarizədən sonra 2022-ci ildə, bir Təbrizi ailə isə 4 aylıq hüquqi mübahisədən sonra, başqa bir Təbrizli ailə isə 2023-cü ildə bir il davam edən mübarizədən sonra “Türkay” adına doğum haqqında şəhadətnamə ala bilmişdilər. Bütün bunlara baxmayaraq, “Türkay” adı “icazə verilən adlar siyahısı”na daxil edilməmişdir.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …