Azərbaycanlı şair İranda Azərbaycan türkcəsində kitabların yazılması ilə bağlı səhv və qərəzli göstərişləri tənqid edib

GADTB: Təbrizli şair və tədqiqatçı Saleh Səccadi İran Mədəniyyət və İslami İrşad Nazirliyinin Azərbaycan türkcəsində kitabların yazılması ilə bağlı səhv və məntiqsiz göstərişlərini tənqid edərək, bu qanunları mətnlərin dil quruluşana zərər vurma səbəbi adlandırıb.

Azərbaycanlı şair deyib ki,, nəşriyyatçılar bütün sözləri orjinal dildə yazmağı tələb edir. Saleh Səccadi isə bu addımı düzgün hesab etmir.

“Bir şeirdə və ya mətndə sözü orjinal dildə yazanda mətnin quruluşu və hecaları düzgün olmur. Mədəni sahədə fəaliyyət göstərən insanlar bunun qarşısında səssiz qalmamalıdırlar. Bu problemi həll etmək üçün çarə tapmaq lazımdır”, – deyə, Salehi vurğulayıb.

Qeyd edək ki, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi Az\ərbaycan türkcəsini məhv etmək məqəsdilə “İran azəricəsi” adlı dil uyduraraq, kitabların yoxlanılmasında ciddi addımlar atır və kitabların nəşri prosesini dayandırır, eyni zamanda şairlərin fəaliyyətini məhdudlaşdırır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …