Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin məhkəməsi Yusif Karini onun zaminə buraxılması üçün girov qoyulan vəsiqəni zəbt etməklə hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məhkəməsi Yusif Karini onun zaminə buraxılması üçün girov qoyulan vəsiqəni zəbt etməklə hədələyib.

Molla rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 10-cu İstintaq şöbəsinin son günlər dəfələrlə Vədud Səadətiyə zəng edərək ona xəbərdarlıq edib ki, əgər Yusif Kari məhkəmə iclasına (dindirilməyə) gəlməsə, ondan müvəqqəti azadlığa buraxılması üçün girov qoyulan vəsiqə zəbt ediləcək.

Yusif Kari və Tohid Əmirəmini bundan öncə 2 il və 5 il müddətinə həbs cəzası almış, Ərdəbil və Evin həbsxanalarında həbsdə saxlanılmışdılar.

Onlar yeni məhkəmə prosesini ədalətsiz və qanunsuz hesab edərək, ETTELAAT İdarəsinin birbaşa göstərişi ilə qurulan şou prosesində iştirak etməyəcəklərini bildiriblər.

Bundan sonra Ərdəbildə rejimin Ümumi və İnqilab Prokurorluğunun 10-cu şöbəsi Cinayət Prosessual Məcəlləsinin 230-cu maddəsinə istinad edərək, məhkəməyə gəlməməsi səbəbindən Yusif Kariyə təzyiq göstərməyə başlayıb.

Qeyd edək ki, Yusif Kari ötən ilin oktyabrında, Ərdəbildə küçədə döyülərək həbs edilmiş, 23 gün saxlanıldıqdan sonra 300 milyon tümənlik girov qarşılığında müvəqqəti zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …