Bazar ertəsi , May 11 2026
azfa

Molla rejimi azərbaycanlı yeniyetmə qızı yenidən məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz sakini 17 yaşlı Nigar Dəbbağini fevralın 19-da ittihamları üzrə məhkəmə iclasının keçirilməsi üçün Təbrizdə İnqilab Məhkəməsinin 8-ci bölməsinə çağırıb.

Azərbaycanlı yeniyetmənin məhkəmə işi daha öncə Təbrizdə rejimin İnqilab Prokurorluğunun 10-cu bölməsində araşdırılıb.

Azərbaycanlı yeniyetmə öyrənci “insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək”də, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”, “İslam Respublikasının qurucusunu və rəhbərini təhqir etmək”də günahlandırılıb.

Qeyd edək ki, əslində 17 yaşlı Nigar Dəbbağinin məhkəmə işinə Təbrizdə rejimin  İnqilab Məhkəməsində baxılması qanunsuzdur. Çünki o, qanuni olaraq yetkinlik yaşına çatmayıb və onun işinə uşaqlar və yeniyetmələr üzrə olan xüsusi məhkəmədə baxılmalıdır.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …