Sayın Əjdər bəy Tağızadə və Mahmudəli bəy Çehrəqanlı və İsa bəy Qəmbərin “TBA TV“də “Güney Azərbaycan müstəqilliyinin zərurəti və onu tanıyacaq ölkələr.” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı  və Müsavat Partiyasının başqanı sayın İsa bəy Qəmbər ” Zəngəzur yolunun Güney Azərbaycana və Türk dünyasına geosiyasi təsiri”  mövzusunda çıxış ediblər.

Sayın Əjdər bəy, Mahmudəli bəy və İsa bəy çıxışında həmçinin Zəngəzur dəhlizinin açıəlması yolları, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması zərurəti, molla rejimin Güney Azərbaycanın gec-tez müstəqil olacağını düşünməsi, Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün yox, Güney Azərbaycan və bütün bölgə üçün əhəmiyyətli olması, Azərbaycan türklərinin İran adlanan yerdə əksəriyyət və aparıcı qüvvə olması, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizənin davam etməsi və s. məsələlərdən danışmışdır.

Sayın Əjdər bəy, Mahmudəli bət və İsa bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …