Cümə , Oktyabr 16 2026
azfa

Tramp: “İran çox qorxur, narahatdı və yeni razılaşma axtarır”

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp deyib ki, İran hökuməti dərin narahatlıq və dəhşət içində, mümkün hərbi hücumun qarşısını almaq üçün razılıq əldə etməyə çalışır. ABŞ prezidenti İran rəhbəri Əli Xameneyi və hökumət rəsmilərinin açıq etirazlarına baxmayaraq, bombardman etmək əvəzinə İranla yeni razılaşma əldə etməyə üstünlük verəcəyini bir daha bildirib. 

“Fox News” telekanalına yenidən müsahibə verən Donald Tramp İranla bağlı fikirlərini yenidən dilə gətirib: “Hamı elə bilir ki, İsrail bizim köməyimizlə və ya razılığımızla İranı bombalayacaq. Mən belə olmasını istəmirəm. Mən İranla razılaşmaya üstünlük verərdim”, – Tramp bildirib.

Tramp həmçinin deyib: “Məncə, İran çox narahatdır və hətta qorxur, çünki onun müdafiə sistemi demək olar ki, məhv edilib. Ola bilsin ki, onlar yeni müdafiə sistemləri əldə etməyə çalışırlar, ancaq hələlik onların hava hücumundan müdafiə vasitələri böyük ölçüdə zərər görüb. İran çox çətin anlar yaşayıb və ağır zərbələr alıb”.  

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …