İranın erməni sevgisi bitmir: “Qafan: İran və Ermənistanın tarixi və strateji kəsişməsi”

GADTB: “Tasnim News” bir daha ermənipərəst mövqeyini daha aydın göstərərək yazıb ki, “Qafan İran mallarının Ermənistana və onun hüdudlarından kənara daşındığı əsas tranzit marşrutunda yerləşir. Regional nəqliyyatşəbəkəsində əsas əlaqə nöqtəsi kimi bu şəhər İranın ticarət əlaqələrini gücləndirmək üçün imkanlar yaradıb”.

Media məqalədə Qafanın iqtisadi əhəmiyyəti və İran-Ermənistan münasibətlərindəki strateji mövqeydən söz açıb. İran mediası bildirib ki, “son zamanlar baş verən geosiyasi dəyişiklikləri nəzərə alaraq, Qafan marşrutu Tehranın Qafqaz bazarlarına çıxışı üçün vacib variantlardan birinə çevrilib”.

Saytda qeyd edilib ki, Qafan həm də fars dilinin təbliğ edilməsində mühüm rol oynayır. İran mediası vurğulayıb ki, Qafanda mədəni, iqtisadi və tranzit əlaqələrinin inkişafına sərmayə qoymaq Tehranın Qafqazdakı mövqeyini gücləndirməyə kömək edə bilər./ Azad İran

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …