Bazar , Oktyabr 18 2026
azfa

Xamenei yenidən əsassız sözlərlə Türkiyə və Azərbaycanı hədəfə alıb

GADTB: Dünən İranın ali rəhbəri Əli Xameneyi yenidən heç bir əsası olmayan açıqlamaları ilə üstüörtülü şəkildə Türkiyə və Azərbaycan dövlət başçılarına qarşı açıq hücuma və təhqirə keçib.

Xameneyi çıxışında heç bir ad çəkmədən bəzilərini düşmən adlandırıb və deyib: “İndiki təbrizli gənclər bölgənin vəziyyətini görür, dostu-düşməni tanıyır. Onlar heç bir qorxu hiss etmirlər, bir tərəfdən kiminsə “qışqırığına”, digər tərəfdən kiminsə “ulamasına” qarşı özünü güclü hiss edir”.

Qeyd edək ki, Xameneyinin İranda yaşayan türklər arasında milli oyanış dalğasına qarşı acizliyini göstərən təhqir dolu ifadələri İslam Republikasının artıq türklərə qarşı güc nümayişi etdirmək bacarığında olmadığını göstərir./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …