Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbildə mağazaları yanan sahibkarlar etiraz aksiyası keçirib

GADTB: Ərdəbildəki Sədəf ticarət mərkəzində yanan 22 mağazanın sahibi yanğınsöndürənlərin lazımi avadanlıqla təchiz edilməməsi səbəbindən yanğını vaxtında söndürə bilmədiklərini və onlara külli miqdarda ziyan dəyməsi ilə nəticələnməsini bildirərək öz etirazını bildiriblər.

Narazı sahibkarlar milyardlarla tümən dəyərində ziyana düşdükləri halda bələdiyyənin onlara 220 milyon tümən kompensasiya təklifindən hiddətləniblər.

Yanğın zamanı “Sədəf” kompleksinin qarşısında olan insanların bəzi mülahizələri mağazalara dəyən ziyanın artmasının əsas səbəbi kimi zəruri vasitələrin, o cümlədən yanğınsöndürənlər üçün kifayət qədər lazımi aparatın olmaması səbəbindən yanğının söndürülməsinin ləngiməsi hesab edilir.

Yanğından və milyardlarla dollar zərərdən sonra Ərdəbil şəhər rəsmilərinin yaxın günlərdə mağaza sahiblərinə təxminən 200 milyon tümən yardım edəcəklərini bildirməsi dükan sahiblərinin narazılığını artırıb.

Video:

https://t.me/GADTB1/40587

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …