Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəal Behnam Şeyxi məhkəməyə çağırılıb

GADTB: irqçi fars-molla rejimi Azərbaycan Milli Hərəkatının fəalı Behnam Şeyxi Samanlunu məhkəmətə çağırıb.

Azərbaycanlı fəal alınan bildirişlərə əsasən, Baharistan əyalətinin Ümumi və İnqilab Prokurorluğunun Birinci Şöbəsinə çağırılıb.

22 fevral 2025-cü il şənbə günü Behnam Şeyxi bu idarədə olarkən, sözügedən idarə onun iki illik sürgün cəzasının bir hissəsini 200 milyon riala ekvivalent cəriməyə çevirdiyi barədə məlumat aldı.

Qeyd edək ki, Tehran Əyalət Apellyasiya Məhkəməsinin İnqilab Məhkəməsində yerləşən 54-cü şöbəsinin çıxardığı qərarə görə, azərbaycanlı fəala iki il Dərə Şəhr əyalətinə süürgün cəzası verilmişdi.

Məhkəmədən bildirilib ki, məhkum sürgün yerinə getmədiyinə görə cəzalar pul cəriməsinə çevrilib.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …