Şənbə , Avqust 29 2026
azfa

Almaniyada 19 türk deputat seçilib

GADTB: Almaniyada keçirilən ümumi seçkilərin nəticələrinə görə, 21-ci dövr üçün Bundestaqda türk əsilli 19 deputat fəaliyyət göstərəcək.

Türk mənşəli üzvü seçilən partiyalar Sosial Demokrat Partiyası (SPD) 7, Sol Partiya (Die Linke) 7, Xristian Demokrat Partiyası (CDU) 2, Yaşıllar (Grüne) 2, Xristian Sosial Birlik Partiyası (CSU) 1 olub.

Hakan Dəmir, Metin Hakverdi, Macit Karaahmetoğlu, Mahmut Özdemir, Aydan Özoğuz, Derya Türk Naçbaur və Serdar Yüksel SPD-dən parlamentə seçilən deputatlardır.

Sol Partiyadan Gökay Akbulut, Ateş Gürpınar, Ferat Koçak, Cansın Köktürk, Cansu Özdemir, Cem Hamit İnce və Mirze Edis, CDU-dan Serap Güler və Tijen Ataoğlu, Yaşıllardan isə Ayşe Asar və Filiz Polat millət vəkili seçilib.

CSU-dan Hülya Düber partiyanın ilk türk əsilli millət vəkili olub.

Həmçinin yoxlayın

Əhəd Əlivənd 13 gündür qeyri-müəyyən vəziyyətdə Mərağa həbsxanasının karantin bölməsində saxlanılır

GADTB: Məlikkəndi sakini, Traxtur komandasının azarkeşi və sosial şəbəkə fəalı Əhəd Əlivənd həbsindən 13 gün …

İranda daxili repressiyalar və edam hökmlərinin çıxarılması artıb

GADTB: İran İnsan Hüquqları Kampaniyası sosial şəbəkənin «X» platformasında yaydığı paylaşımda bildirib ki, müharibənin başlanmasından …