Şənbə , Sentyabr 19 2026
azfa

Güney Azərbaycanın tarixi Həsənli kəndi Azərbaycanın turizmi üzrə dünya kəndi siyahısına namizəd oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın tarixi Həsənli kəndi Azərbaycanın turizmi üzrə dünya kəndi siyahısına namizəd olub.

Qərbi Azərbaycan Mədəni İrsi, Turizm və Əl işləri Planlaşdırma və İnvestisiya İdarəsinin rəhbəri bununla bağlı bildirib ki, Həsənlu kəndi 2025-ci il Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatı tərəfindən keçiriləcək qlobal turizm yarışmasında iştirak etmək üçün seçilən 8 kənddən biri olub.

Qeyd edək ki, Güney Azərbaycanın tarixi Həsənlu kəndi, bənzərsiz tarixi abidələri və beynəlxalq səviyyədə tanınan təbii cazibələri ilə dünya mirası siyahəısında qeydə alınmağa layiqdir. Bu kənd, UNESCO-nun dünya mirası siyahısına daxil ola biləcək əhəmiyyətli bir yerə çevrilə bilər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …