Şənbə , Sentyabr 19 2026
azfa

Kürdüstan adlandırılan tarixi Azərbaycan ərazisində türkcə adların dəyişdirilməsinə başlanıb; Quru Qalanın adı təhrif edildi

GADTB: Kürdüstan adlandırılan tarixi Azərbaycan ərazisində türkcə adların dəyişdirilməsinə başlanıb. Artıq Arəş Zerehtən Lehoni Quru Qalanın adı təhrif edib.

Kürd vali özünü bilməməzliyə vuraraq, guya bu adın türkcə olduğunu bilmir və onu gülməli və sankı uşaqların belə adlandırdığı açıqlayıb. Halbuki, kürd vali irqçi yanaşma v bicliklə bu adı kürdləşdirməyi qarşıya məqsəd qoyub.

Kürd millətçiliyini önə çıxaran jkürd vali kürd dili akademiyasını yaradır və tarixi türk ərazisi olan və əksər toponimlərin də türkcə oldu bu ərazilərdə bütün türk toponimlərin kürdləşdirilməsi qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, 2024-cü ilin dekabrinda Sənəndəc valisi Arəş Zerehtən Ləhuni Sənəndəcdə “Kürd Dili Akademiyası”nın fəaliyyətə başladığını elan etmiş və “əsl kürd adlarının bərpasının” bu akademiyanın vəzifələrindən biri olacağını bildirmişdi.

Xatırladaq ki, Kürd ekstremist və terrorçu qruplaşmaları Sənəndəc və Qərbi Azərbaycan əyalətlərində tarixi Azərbaycan torpaqlarının işğalını qanuniləşdirmək üçün bu bölgələrin türkcə adlarını təhrif etməyə və dəyişdirməyə çalışırlar. 2024-cü ilin aprel ayında Azərbaycanın Salmas qəzasının Ağ Bulaq kəndinin kənd başçısı kəndin türkcə adını saxta Kani Sefid adı ilə dəyişdirmişdi.

videoI

https://t.me/GADTB1/40657

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …