Türkiyə kosmosa astronavt göndərməyi planlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə kosmik araşdırmalarını genişləndirməyi və hətta kosmosa astronavt göndərməyi planlaşdırır. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gənclər təşkilatlarının fəalları ilə görüşündə bildirib.  

“Kosmik tədqiqatlar, xüsusən, peyklərin orbitə buraxılması üzrə işlərə artıq start vermişik. Bu mərhələ artıq başlayıb və biz məhz sizinlə, gənclərimizlə astronavtları kosmosa göndərə biləcəyimiz mərhələyə çatacağıq”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyənin “Göktürk-1” kəşfiyyat peyki 2016-cı ilin dekabrında Fransa Qvianasındakı “Kuru” kosmodromundan  orbitə buraxılıb. 261,5 mln. avro dəyərində olan bu peyk İtaliyada layihələndirilib, Türkiyədə isə montaj və test edilib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın