Yaxalanan azərbaycanlı fəallar İbrahim Rəşidi və Meysəm Azadi müvəqqəti sərbəst buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən iyunun 7-də irqçi fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəallar İbrahim Rəşidi və Meysəm Azadi bir neçə saat sorğu-suala sonra müvəqqəti sərbəst buraxılıblar.

Azərbaycanlı fəalları Urmiyaya gedərkən heç bir səbəb olmadan Xoy-Təbriz yolunda rejimin İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) məmurları tərəfindən saxlanılıb. Fəaların şəxsiyyət vəsiqəsi götürülüb, onlar bazar günü Urmiyada irqçi fars rejimin ETTELAAT İdarəsinə müraciət etməlidir.

Azərbaycanlı fəal İbrahim Rəşidi bu barədə öz facebook səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə Urmiyaya gedərkən saat 16:30-da Xoy şəhərinin üçyolunda İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən yaxalandım. Mənim tutulduğumu uzaqdan görən Meysəm Azadi də hadisə yerinə gəldi, təhlükəsizlik qüvvələri onu da yaxaladılar. Meysəmin nizam-mühəndisidə üzvlük kartı və mənim üzərimdəki “Şəngülüm məngülüm, taxta gülüm” və “Şair və Patron” kitabları onların gözündə suç sayılan önəmli sənədlər kimi görünürdü.

 

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın