Çərşənbə , Aprel 16 2025
azfa

Xoy zəlzələsinə həsr edilən özəl say; Yer titrəyir, el gücü ilə Xoy dayanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xoy Bələdiyyəsinin Bərgozini zalında Azərbaycanın Xoy, Təbriz və Urmiya kimi müxtəlif şəhərlərindən olan şəhər rəsmiləri, tanınmış simalar, mədəni fəallar və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Xoy zəlzələsi ilə bağlı hazırlanan özəl buraxılış təqdim edilib.

Tədbirdə Tohid Məlikzadə, Ruqəyya Kəbiri, Əli Əsgər Paşazadə, Ehsan Əkbəri, Məhəmməd Əlimuradi və Elnaz Xakzad hadisənin qeydə alınması və sənədləşdirilməsinin vacibliyini və onun sosial, mədəni və idarəetmə nəticələrini müzakirə ediblər.

Ruqəyya Kəbirinin və Rza Həsənzadənin redaktorluğu ilə nəşr edilən bu buraxılışda Xoy zəlzələsinə həsr olunmuş xüsusi məqalə yer alır. Məqalədə bu böhranın sosial, mədəni və idarəedici ölçüləri təhlil edilir.

Nəşr edilən xüsusi buraxılışda zərər çəkmiş insanların birinci əldən verdiyi məlumatlar, fotoqraflar tərəfindən çəkilmiş fotoşəkillər və zəlzələdən zərər çəkmiş uşaqların xatirələri yer alır.

Qeyd edək ki, 2023-ci il yanvarın 28-də Qərbi Azərbaycan vilayətinin Xoy qəzasında Rixter cədvəli üzrə 5,9 bal gücündə güclü zəlzələ baş vermişdir. Bu zəlzələ zamanı xeyli sayda soydaşımız həlak olmuş, xəsarət almış,evsiz qalmışdır.

Həmçinin yoxlayın

Təbrizdə öyrəncilər etiraza aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Tibb Elmləri Universitetinin qarşısında öyrəncilər etiraz …

Molla rejimi salmaslı fəala 9 ildən çox həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Salmas şəhərindən olan …