
GADTB: Martın 3-də Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərində bir neçə aydır əmək haqlarının ödənilməməsinə etiraz olaraq aksiya keçirən bələdiyyə işçilərinə atəş açılıb.
Hadisə dünən baş verib. Bir neçə aydan bəri əməkhaqqı və bir neçə ilin əlavə ödənişini ala bilməyən işçilər bələdiyyənin həyətində etiraz aksiyası keçirərək öz haqlarını tələb etməyə başlayıblar, polislər həyətə daxil olaraq onlara atəş açıb. Yaralılardan 5 nəfəri müxtəlif xəstəxanalara yerləşdirilib.
Yaralılardan birinin oğlu Əmirrza Muradi “İnstagramda” səsli paylaşım edərək bildirib ki, atası öz haqqını tələb edib, amma polislər onu güllələyib.