Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi milli-mədəni fəaliyyətləinə görə Əyyub Şiriyə peşə lisenziyası vermədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Əyyub Şiriyə milli-mədəni fəaliyyətləinə görə peşə lisenziyası verməkdən imtina etdi.

Azərbaycanlı fəal və keçmiş siyasi məhbus Əyyub Şirinin peşə lisenziyası ilə bağlı müraciəti “fərdi bacarıqsızlıq” adlandırılaraq rədd edilib.

Əyyub Şiri bu barədə özünün sosial media hesabında bu barədə yazıb: “Bir tərəfdən bayram ərəfəsində sahibkarlıq lisenziyası almaq üçün təzyiqlər edilir, digər tərəfdən isə fərdin səriştəsizliyi bəhanəsi ilə Təbriz İctimai Yerlərə Nəzarət Şöbəsi tərəfindən müraciətib rədd edilir.”

Azərbaycanlı fəal bu qərarı milli fəallarına qarşı repressiya, əmək və ifadə azadlığının pozulması nümunəsi hesab edib və bildirib ki, bu cür qərarlar hakimiyyəti tənqid edənlərə təzyiq göstərmək üçün verilir.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …