Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun rəsmi dəvətlə Türkiyənin Musiad Təşkilatının tədbirinə qatılıblar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 18-də Avstraliyanın Sidney şəhərində Türkiyənin Musiad Təşkilatı tərəfindən iftar süfrəsi açılıb və tədbir keçirilib.

Təşkilatın rəsmi dəvəti ilə tədbir və iftar mərasimində Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun da iştirak ediblər.

Tədbirdə Türkiyənin Böyük elçiliyi sayın Ufuk Gezer və Pakistanın böyük elçiliyi və baş konsuluğu, Quzey Qipris Türk Cumhuriyyətinin fəxri təmsilçisi və KKTC teatr yazıçı artisti Abdulah Oz Toprak da iştirak ediblər. Həmçinin KKTC Prezidentinin ofısində sekreteri sayın Nevin Hüseyn də iştirak etmişdir .

Tədbirdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …