Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adı ilə şəhadətnamə verilməsinə qarşı çıxır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları Sevgi adlı yeni doğulmuş azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxaraq 14 gündür ki, körpəni şəhadətnaməsiz saxlayır.

Bu barədə uşağın atası Əli Qurbani “Balamın Adı” kampaniyasına deyib: “Qızımız 17 mart 2025-cü ildə dünyaya gəlib və biz onun üçün Sevgi adını seçdik. Təbriz Vətəndaşlıq Dairəsinin Lalə şöbəsinin məsulları bildiriblər ki, sistem Həmzə hərfini qəbul etmir, və onlar Həmzə ilə bu ada doğum haqqında şəhadətnamə verə bilmirlər. Ancaq mən onlara əvvəllər bu adın düzgün yazılışı (Sevgi) ilə artıq doğum haqqında şəhadətnamə verildiyini bildirdim. Onlar isə bu qadağanın, Tehranın göstərişi ilə yeni gəldiyini bildirdilət.”

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarələrinin rəsmiləri fərqli süründürməçilik üsulları və süni yaradılmış əngəllər ilə ana-ataları öz uşaqlarına türk adları seçməkdən çəkindirməyə çalışır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …