Bazar , Oktyabr 18 2026
azfa

“Traxtur” qələbə qazandı; milli şüarlar səsləndirildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandası İran çempionatında növbəti qələbəsini qazanıb.

Dünən 25-ci turun oyununda yerli vaxtla saat 18-25-də Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası Tehranın “İstiqlal” komandasını 2:1 hesabı ilə məğlub edib.

Vacib 3 xal əldə edən “Traxtur” 54 xalla (24 oyun) turnir cədvəlində liderliyini qoruyub saxlayıb.

Yerli mənbələrin yaydığı məlumata görə, qarşılaşmanı 120 mindən çox insan izləyib, minlərlə insan isə stadiolna yaxın təpələrdən oyuna baxıb.

Güney Azərbaycanın və İranın müxtəlif şəhərlərindən stadiona toplaşan “Traktor” tərəfdarları “Yaşasın Azərbaycan”, “bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz , “Urmu, Zəncan, Ərdəbil- bu səs Təbrizdən gəlir” və başqa şüarlar səsləndiriblər.

Video:

https://t.me/GADTB1/41429

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …