Cümə axşamı , Avqust 20 2026
azfa

Molla rejimi Amerikanın qarşısında geri çəkilməkdə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi addım-aadım Amerikanın qarşısında geri çəkilməkdədir.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançini bildirib ki, Əgər Amerikanın tək tələbi İrandan nüvə silahı istehsalından imtina etmək olsa, Omandakı danışıqlarda asanlıqla razılığa gələ bilərlər.

“Amerikalılar deyirlər ki, İranda nüvə silahı olmamalıdır. Biz isə daim bildiririk ki, bizi nüvə silahı maraqlandırmır. Beləliklə, əgər amerikalıların tək tələbi İranın nüvə silahından imtina etməsi olarsa, biz yeni bir razılaşma əldə edə bilərik”,- o qeyd edib.

Qeyd edək ki, İran və Amerika nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundu aprelin 12-də Omanda keçiriləcək.

İran nümayəndələri “bizi nüvə silahı maraqlandırmır” kimi açıqlamalar vermələrinə baxmayaraq, uranın zənginləşdirilməsi prosesini davam etdirirlər. Bəzi analitiklər hesab edirlər ki, İran hazırda altı nüvə bombası hazırlamaq üçün kifayət qədər yüksək zənginləşdirilmiş urana malikdir.

Həmçinin yoxlayın

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş …