
GADTB: İsrailin “ALMA” Araşdırma İnstitutu bildirib ki, Bəşar Əsəd rejiminin devrilməsinə baxmayaraq, İran regionda silah dəhlizinin açılması məqsədi ilə hələ də Suriyadakı mövcudluğunu möhkəmləndirməyə çalışır.
“İran və Hizbullah Suriya ərazisində öz mövqelərini bərpa etmək niyyətlərindən əl çəkməyiblər. Onlar yerli qüvvələrlə yeni əməkdaşlıq vasitəsilə müxtəlif maraqlar və maliyyə əsasında tezliklə bu yöndə addım ata bilərlər”, – deyə, bildirilib.
Qeyd olunub ki, bu səylərin məqsədi Suriyanın şərqində İraq sərhədindən başlayan və qərbdə Livan sərhədinə qədər uzanan strateji dəhlizin quru yollarını yenidən aktivləşdirməkdir. /Azad İran