Cümə axşamı , Avqust 20 2026
azfa

Fox News: “İsrail İranın hava məkanını pozub və yeraltı obyektləri vuracaq”

GADTB: “Fox News” telekanalı yazıb ki, İranın nüvə silahı proqramına hücum etmək artıq fantaziya deyil. Telekanal mümkün hücumda İsrailin reaktiv donanması ilə İranın hava məkanını pozacağını, Amerikanın B-2 təyyarələrinin isə yeraltı obyektləri hədəf alacağını bildirib.

“2024-cü ilin oktyabr hücumlarında İsrail İrandakı 20-yə yaxın hədəfə, o cümlədən hava hücumundan müdafiə sistemləri, raket və dron zavodlarına zərbələr endirmək üçün 100-dən çox döyüş təyyarəsi göndərib. İranın nüvə proqramının zərərsizləşdirilməsinə hədəflənən addım yenidən hava hücumundan müdafiə vasitələrinin məhv edilməsinə yönələcək”, – deyə, vurğulanıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmiləri “Harry S. Truman” və “Carl Vinson” hazırda Fars körfəzindədir və husilərə qarşı əməliyyatlar aparır. Ancaq hər an diqqətini İrana yönəldə bilər. /Azad İran

Həmçinin yoxlayın

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Yaşayış böhranının dərinləşməsi ilə ilin ikinci yarısında etirazların başlanması və genişlənməsi ehtimalı artır

QADTB: «Etemad» qəzeti iqtisadi və sosial təzyiqlərin artmasına diqqət çəkərək ilin ikinci yarısında etirazların baş …