Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirdilər

GADTB: Güney Azərbaycan Zəncan, Bicar və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri aprelin 21-də yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Azərbaycanlı, təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, azərbaycanlı təqaüdçülərin 3 ildən çoxdur eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb. Azərbaycanlı şəhərlərlə yanaşı s. şəhərlərdə də təqaüdçülər etiraz aksiyası keçirirlər.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …