Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi Təbrizdə qardaşlardan birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, digərinə “Elyar” adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bir ailənin uşaqlarının birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, “Elyar” adlı kiçik oğluna doğum haqqında şəhadətnamə verməyib və onun adını “Əlyar” fromasında qeydə alıb.

Hüseyn Hüseynzadə Balamın Adı kampaniyasına bununla bağlı deyib: “Bacımın ilk uşağı 2009-cu ildə dünyaya gəlib. Ailəsi onda Elman adını seçmişdi. O zaman Təbriz Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi ona heç bir problemsiz vəsiqə verib. Ailənin ikinci uşağı isə 2012-ci ildə dünyaya gəlib və ailəsi ona Elyar adını seçsələrdə bu dəfə  Vətəndaş Vəziyyəti Qeydiyyatı idarəsi bu adı həmzə işarəsini bəhanə edərək qeydiyyata almaqdan imtina etdi. Ailə Elman adlı övladlarının doğum haqqında şəhadətnaməsini göstərərək,nəyə görə Elman adını qəbul etdiklərini, ancaq Elyarı qəbul etmədiklərini soruşduqda idarə rəsmilərinin bu səlahiyyətin artıq Tehranın əlində olduğunu bildiriblər. Valideynlər bir müddət adı olduğu kimi qeydə almaq üçün mübarizə aparsa da Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləri sonda uşağın adını Əlyar kimi qeydiyyata alıblar.”

Qeyd edək ki, irqçi fars-molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı çıxma üsullarından biri də türk adlarının doğum şəhadətnaməsinə yanlış formada yazılmasıdır. İdarə “Faiqə”, “Faizə”, “Maidə” kimi həmzəli qeyri-türk adlarına heç bir problem yaratmasa da, sıra türk adlarına gələndə bu adları türk dilində olduğu kimi qeydə almaqdan imtina edir.

Həmçinin yoxlayın

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …