Şənbə , Avqust 22 2026
azfa

Hindistan Pakistanın 3 şəhərinə hücum etdi; çox sayda ölü və yaralı var

GADTB: Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri – Kotli və Müzəffərabad olub.

O qeyd edib ki, Hindistanın hücumu cavabsız qalmayacaq.

Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26, yaralıların sayı isə 46 nəfərə çatıb.

Pakistan Hərbi Hava Qüvvələri daha bir neçə Hindistan təyyarəsini vurub. Bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir Su-30 qırıcısı daxil olmaqla, 5 Hindistan təyyarəsini vurub”, – telekanalın mənbələri qeyd ediblər.

Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib.

Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …