Çərşənbə , May 13 2026
azfa

Güney Azərbaycan və İranda sürücülərin tətili 152 şəhərə yayılıb

GADTB: Güney Azərbaycan və İranda yük maşınları sürücülərinin 9-cu günündə daha bir neç şəhərin sürücüləri işlərini dayandıraraq aksiyaya qoşulub və bununla da tətilə qoşulan şəhərlərin sayı 152-ə çatıb.

Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz edirlər.

Məlumatlara görə, sürücülərin tətili nəticəsində ölkədə yükdaşıma sahəsi iflic olub, limanların fəaliyyətində də problemlər yaranıb.

Sürücülərin tətil aksiyasını dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb, bir neçə şəhərdə 25 nəfər həbs edilib.

Onlar “sürücüləri tətilə təşviq və təhrik etmək”də günahlandırılıblar.

Həmçinin yoxlayın

Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq”

GADTB: Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat …

“Bəsic” qüvvələri azərbaycanlı gənci güllələyib

GADTB: Dünən Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi) şəhərinin sakini Ehsan Şirxani Bonab şəhərində yarımhərbi radikal …