ABŞ-İran müzakirələri dala dirəndi; ABŞ qonşu ölkələrdəki diplomatlarını bölgədən çıxarır

GADTB: ABŞ-İran müzakirələri dala dirəndi və İrana hücum ehtimalı güündəmə gəldi. Artıq ABŞ qonşu ölkələrdəki diplomatlarını bölgədən çıxarır.

Axios yazır ki, “İran-ABŞ danışıqlarının növbəti raundu keçirilməyə bilər”.

“Axios” nəşri yazır ki, Amerika rəsmiləri həftə sonunda Tehran-Vaşinqton danışıqlarının altıncı raundunun keçirilməməsi ehtimalı olduğunu deyiblər.

İranın xarici işlər naziri Abbas Əraqçının dolayı danışıqların altıncı raundunun keçirilməsi ilə bağlı təkidinə baxmayaraq, ABŞ tərəfinin bu məsələyə şübhə ilə yanaşdığı bildirilib.

Qeyd olunub ki, İran hələ ABŞ-nin nüvə sazişi təklifinə cavabını təqdim etməyib və bazar günü Omanda danışıqların növbəti mərhələsinin baş tutması çətin görünür.

Eyni zamanda  İran ordusu İsrailin hücumuna mümkün cavabı müzakirə edib.

Bu barədə “Nyu York Tayms” İran rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran yüzlərlə ballistik raketdən istifadə etməklə dərhal əks-hücum üçün plan hazırlayıb.

Qeyd edək ki, ABŞ mediası Vaşinqtonun İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat alıb.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …