Cümə axşamı , Oktyabr 15 2026
azfa

İranda İnsan haqları fəalları siyasi məhbuslara görə bəyanat yayıb

GADTB: Bir qrup mülki və insan haqları fəalları edamların dayandırılmasını, siyasi və ideoloji məhbusların qeyd-şərtsiz azad edilməsini və ETTELAAT qüvvələrinin təzyiqlərinə son verilməsini tələb ediblər.

Bununla bağlı yayılan bəyanatın müəllifləri, Evin həbsxanasının məhbuslarının başqa yerlərə köçürülməsindən sonra bir çox məhbus ailələrinin yaxınlarının vəziyyətindən və harada saxlanılmasından xəbərsiz olduqlarını bildiriblər.

İnsan haqları fəallarının bəyanatının bir hissəsində deyilir: “Evin həbsxanasının ümumi palatalarından olan məhbuslar Tehran ətrafındakı həbsxanalara köçürülüb və ağır, qeyri-insani və dözülməz şəraitdə saxlanılır.

Həmçinin, əvvəllər mühafizə kameralarında və ya karserdə saxlanılan məhbusların vəziyyəti ilə bağlı rəsmi məlumat verilməyib”.

Bəyanatı tanınmış insan haqları fəalları imzalayıb.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …