“Tayfun”ların Türkiyəyə satışı baş tuta bilər

GADTB: Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Tayfun”ların Türkiyəyə satışı baş tuta biləcəyini deyib.

Lemmi deyib ki, “Tayfun” (Eurofighter Typhoon) təyyarələrinin Türkiyəyə potensial ixracında irəliləyiş əldə etməyə davam edirik. Əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşı da bu satışı dəstəkləyəcək.

Onun fikrincə, “Tayfun”ların Türkiyəyə satışı NATO-nun əsas müttəfiqləri arasında onilliklər ərzində formalaşmış dostluq əlaqələrini gücləndirəcək.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …