İran AEBA ilə əməkdaşlığın dayandırılmasını rəsmən təsdiqlədi

GADTB: Bu gün İran prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılması haqqında qanunu rəsmən imzalayıb.

Məlumata görə, İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi təmin olunana qədər AEBA əməkdaşlarının İrana girişi qadağan ediləcək.

Qeyd olunub ki, Pezeşkian qanunu icra etmək üçün İranın Atom Enerjisi Təşkilatı, Ali Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyinə göndərib. (Tasnim News)

Qeyd edək ki, iyunun 29-da İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın AEBA ilə əməkdaşlığının bərpasının mümkünlüyünü açıqlamışdı. Onun sözlərinə görə, beynəlxalq agentlik öz öhdəliklərini layiqincə yerinə yetirməyə başlasa, bu, reallığa çevriləcək.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …