Bazar , Avqust 30 2026
azfa

Milli fəalların iştirakı ilə doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib- Video

GADTB: Cümə axşamı bir qrup azərbaycanlı milli fəal, dost və tanışların iştirakı ilə Kərəcdəki Bibi Səkinə qəbiristanlığında Azərbaycanın tanınmış milli fəalı, doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib.

Doktor Lətif Həsəni son illər Azərbaycan xalqının milli hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun və azərbaycanlılar üçün milli hökumətin qurulması yolunda sivil və siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilib və təzyiqlərə məruz qalıb.

O, həbslərdən birində “Yeni GAMOH” təşkilatının baş katibi kimi 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dəfn mərasimində Dr.Həsəninin Azərbaycanın müxtəlif şəhərlərindən olan çoxillik dostları və yoldaşları iştirak edib. Mərasimin sonunda bir qrup iştirakçı Azərbaycan xalqının ayrılıqlarını, iztirablarını simvolizə edən “Ayrılıq” mahnısını oxuyaraq  Lətif Həsəninin anası ilə vidalaşıblar.

Video:

https://t.me/GADTB1/43567

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …