Bazar , Avqust 30 2026
azfa

Ölmüş Sepah komandirinin qızı: Atamın mobil telefonu və “WhatsApp”ı olmadan İsrail tərəfindən tapılıb, öldürülüb

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu Hatəm Bazasının öldürülən komandirinin qızı atasının mobil telefon istifadə etmədiyi halda İsrail tərəfindən tapılaraq, öldürüldüyünü bildirib.

Məhdiye Şadmani deyib ki, onun atası İsrail tərəfindən öldürülən SEPAH generalı Əli Şadmani smartfondan istifadə etməyib və olduğu məkanı mütəmadi olaraq dəyişib.

“İsrail WhatsApp-dan daha qabaqcıl izləmə texnologiyalarından istifadə edir. Hər şeydə messencerləri günahlandırmağı dayandırın”, – deyə o, “İnstaqram”da yazıb.

Qeyd edək ki, daha əvvəl İran rəsmiləri “WhatsApp” messencerinin bəzi komandirlərin tapılmasında və öldürülməsində rolu olduğunu və İsmayıl Haniyənin yerinin də eyni üsulla tapıldığını bildirmişdi.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …