Çərşənbə , Oktyabr 14 2026
azfa

Axios: Putin İranı uranı zənginləşdirmədən nüvə sazişi bağlamağa çağırıb

GADTB: Rusiya prezidenti Vladimir Putin İranı uranı yüksək dərəcədə zənginləşdirmədən ABŞ iləyeni nüvə sazişi bağlamağa çağırıb. Bununla bağlı, Axios öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Putin bu mövqeyini ötən həftə keçmiş ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla apardığı telefon danışıqları zamanı dilə gətirib.

Kreml bildirib ki, əgər saziş əldə olunarsa, Moskva İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı götürməyə və əvəzində Tehrana nüvə enerjisi üçün 3,67% zənginləşdirilmiş uran, eləcə də tədqiqat reaktorları və izotop istehsalı üçün az miqdarda 20%-lik uran verməyə hazırdır./ Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …