Çərşənbə , Oktyabr 14 2026
azfa

Səfir: ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib

GADTB: ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.

“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, – diplomat vurğulayıb.

Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …