Şənbə , Avqust 22 2026
azfa

Qərbi Azərbaycan valisi: Urmiya gölünün bərpası üçün son 10 ildə heç bir təsirli iş görülməyib

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani konfransda Urmiya gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab olaraq maarifləndirmənin zəruriliyinə toxunub və deyib: “Keçmişdə gölə birbaşa cavabdeh olan bəzi insanlar bu gün sadəcə tənqidçiyə çevriliblər. Halbuki, onlar əvvəlcə keçmiş fəaliyyətlərinə görə cavab verməlidirlər”.

Rəhmani Bərpa Komitəsinin qərarlarına istinad edərək deyib: “Ümumi 27 əsas qərardan yalnız 30 faizi yerinə yetirilib və son 10 ildə Urmiya gölünün bərpası üçün heç bir təsirli iş görülməyib”.

Qeyd edək ki, son 10 ildə İran rejimi ərbi Azərbaycanı kürdləşdirmək məqsədilə müxtəlif bölgələrdən kürd vali yəni Məhəmməd Mehdi Şəhriari və Sadiq Mötəmediyanı bu vilayətə vali təyin etmişdi.  Onlar da gölün bərpasına maraqlı deyildirlər. Ona görə də molla rejimin Urmiya gölünü bəra etmək istəyi olmadığı üçün bu sahədə ciddi addım atılmayıb.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …