
GADTB: İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak X səhifəsində yazıb
“İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya Prezidenti Əhməd əş-Şara ABŞ Dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa gəliblər”, – T.Barak qeyd edib.
Digər tərəfdən isə çox sayda sünni ərəb qəbilələri druzilərin yaşadığı bölgəyə hücum edib.
Suriya qəbilələri “Suveyda şəhərinin azad edilməsinə” qədər qəhvə içməyi boykot edirlər.
Sosial mediada yayılan videoya görə, Suriya qəbilələri qəhvə fincanlarını boşaldıb və and içiblər ki, Suveyda əyaləti druzlardan azad edilənə və bütün vilayətlər Dəməşq hökumətinin nəzarəti altına keçənə qədər qəhvə içməyəcəklər.
Bu qəbilələrin mədəniyyətində yerə qəhvə tökmək qəzəb və intiqam istəyi, içməkdən imtina etmək isə barışıqdan imtina və atəşkəsə qarşı çıxmaq kimi qəbul edilir.