Azərbaycanlı millət vəkili Güney Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib

GADTB: Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin İran parlamentindəki deputatı Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi və inkişaf sahələrində fəaliyyətini tənqid edərək, ölkədəki kritik vəziyyətdən çıxmaq üçün “idarəetmədə əsaslı dəyişikliklər”ə çağırıb.

Əlirza Novin bildirib ki, Pezeşkian hökumətinin işə başlayandan bəri iqtisadi artım, evlilik kreditləri və mənzil kimi göstəricilərdə nəzərəçarpacaq nailiyyətlər əldə etməyib.

Təbrizin millət vəkili daha sonra Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edərək, deyib: “Oman dənizindən suyun İsfahana nəqli layihəsi görünməmiş bir sürətlə həyata keçirildiyi halda, Araz çayından suyun Təbrizə nəqli onilliklər ərzində həll olunmamış qalır və Ərdəbil-Miyanə Təbriz-Bazərgan dəmir yolu, və Təbriz-Bazərgan yolunun ikinci mərhələsi kimi mühüm layihələr yarımçıq qalıb”.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …